Lökbatanda iki avtomobil toqquşdu, xəsarət alan var

Qəzalar 17 Mart 2020 00:10
Lökbatanda iki avtomobil toqquşdu, xəsarət alan var
WhatsApp kanalımıza abunə olun
2001-ci il təvəllüdlü Hüseynov Rüstəm Elşən oğlu xəsarət alıb

Bu gecə paytaxt Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Hüseynov Rüstəm Elşən oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Gültən

Oxunub : 1677
ŞƏRH YAZ
Ad

E-mail

Şərh