Lotereyada bəxti gətirdi, beş nəfərin ölümünə səbəb oldu
Qəzalar
7 İyul 2020 11:21

Lotereya uduşunu qeyd etmək istəyən qanalı kişi bədbəxt hadisə ilə üzləşib.
“MyJoyOnline” portalı xəbər verir ki, yüksək məbləğdə pul udan Visdom Kpodo adlı şəxs sevincini qeyd etmək üçün dostundan götürdüyü avtomobillə yaxınlıqdakı istirahət məkanlarının birinə yollanıb.
Sürət həddini aşan sürücü maşını yolun kənarındakı yaşayış evinə çırpıb. Evdə olan üç yeniyetmə, onların anası və nənəsi hadisə yerində həlak olublar.
V.Kpodo əvvəl hadisə yerindən qaçıb. Lakin qısa müddətdən sonra polisə gələrək, faciəyə səbəb olduğunu etiraf edib. Avtomobildə axtarış aparan hüquq-mühafizə orqanlarının əməkdaşları orada boş spirtli içki butulkaları aşkar ediblər.
Qəza baş verən vaxt sürücünün sərxoş olduğu müəyyənləşdirilib.
Oxunub : 1534
DİGƏR XƏBƏRLƏR
29 Noyabr 2026 19:03
Bakıda qəza hərəkəti iflic etdi
29 Noyabr 2026 15:48
Avtomobil qəzaya uğradı: ÖLƏN VAR - Bu ölkədə
29 Noyabr 2026 12:00
Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO
28 Noyabr 2026 17:30
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
28 Noyabr 2026 16:32
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
28 Noyabr 2026 10:00
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
28 Noyabr 2026 09:45
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
27 Noyabr 2026 12:48
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
26 Noyabr 2026 10:23
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
25 Noyabr 2026 18:11
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
25 Noyabr 2026 09:18
Bakıda ağır qəza baş verdi
24 Noyabr 2026 21:31
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
ŞƏRH YAZ












