Marşrut taksisi dirəyə çırpıldı: azı 11 ölü, 6 yaralı

Pakistanda marşrut taksisinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Pəncab vilayətində qeydə alınıb. Bu barədə yanvarın 30-da “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, hərəkətdə olan və 17 nəfərin olduğu marşrut taksisi, sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dirəklə toqquşub. Zərbənin şiddətindən nəqliyyat vasitəsində yanğın başlayıb.
Nəticədə maşında sıxışaraq qalan azı 11 nəfər dünyasını dəyişib, daha 6-sı isə xəsarət alıb. Yaralılar arasında 2-si qadın, biri isə uşaqdır, onların hamısı xəstəxanaya yerləşdiriliblər.
Qəza, sürücünün diqqətsizliyindən və yaxud da texniki nasazlıq səbəbindən baş verə biləcəyi ehtimal edilir.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












