Masallıda iki avtomobil toqquşdu, 6 nəfər... - YENİLƏNİB

Masallıda baş verən qəzada xəsarət alanların adları məlum olub.
Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan yaralılar bunlardır:
1. 2000-ci il təvəllüdlü İsmət Qalib oğlu Heydərli, sol çiyin çıxığı və sol bazu sınığı,
2. 1997-ci il təvəllüdlü Nicat Əhmədullah oğlu İsmayılov, döş qəfəsi əziyi,
3. 2001-ci il təvəllüdlü Zeynəb Vüqar qızı Hüseynova, döş qəfəsi əziyi,
4. 1982-ci il təvəllüdlü Kamal Orucəli oğlu Təhməzov, döş qəfəsi əziyi, sol çanaq əziyi,
5. 1990-cı il təvəllüdlü Zeynəb Zakir qızı Ağayeva, döş qəfəsi əziyi,
6. 2020-ci il təvəllüdlü Gülnur Kamal qızı Təhməzli, sol aşıq baldır əziyi,
7. 2022-ci il təvəllüdlü Kamil Kamal oğlu Təhməzli, bud sümüyünün sınığı diaqnozu.
Xəsarət alanların vəziyyəti sabitdir. (report)
***
Daxili İşlər Nazirliyi Masallıda baş verən qəza ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a bildirib ki, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir "Mercedes" markalı avtomobil toqquşub.
Qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Masallıda iki avtomobil toqquşub.
Hadisə köhnə Ələt - Astara magistralının Masallı rayonu ərazisində keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Yaralılar təcili olaraq Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












