Masallıda yol qəzası - ölən və yaralananlar var

Masallıda ağır yol qəzası olub, ölən və yaralananlar var.
Avtosfer.az “Report”un Cənub Mərkəzinə istinadən verdiyi xəbərə görə hadisə rayonun Ərkivan qəsəbəsi ərazisində baş verib. Belə ki, Ümid Habil oğlu Əşrəfovun idarə etdiyi “Mercedes” markalı 10 FS 064 dövlət qeydiyyat nişanlı avtomobil Qodman kənd sakini Kənan Heydər oğlu Nəsirovun idarə etdiyi “Jiquli-VAZ 2107”markalı 44 BM 853 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdiriliblər. Dünyasını dəyişən şəxsin VAZ 2107-nin sürücüsü olduğu deyilir.
Xəstəxanaya çatdırılanların ikisi qadın, biri kiişidir. Onlar həmin nəqliyyat vasitəsində sərnişin olan Qızlavar kənd sakinləridir.
Dünyasını dəyişən şəxsin meyidi aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












