Masallıda qəzada xəsarət alanların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB

Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
“Report”un verdiyi xəbərə görə, Ümid Tağıyevin idarə etdiyi "Hyundai" markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəzada sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər - 1962-cı il təvəllüdlü Kərimov Əhliman, 1995-ci ilə təvəllüdlü Kərimova Leyla və 2017-ci ilə təvəllüdlü Kərimova Aylin xəsarət alıblar. Xəsarət alanlar Çaxırlı kənd sakinləridir.
22:28
Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Report-un verdiyi xəbərə görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı biri azyaşlı olmaqla beş nəfər xəsarət alıb. Onlardan da ikisi qadındır.
Vəziyyəti daha ağır olan iki nəfər təcili tibbi yardım avtomobili ilə, digərləri isə şəxsi avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












