Maşını hasara çırpdı, sıxılıb içində qaldı - VİDEO

Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü, 1995-ci il təvəllüdlü Mahmudov Fikrət Habil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU - YENİLƏNİB
Bakıda “Toyota” divara çırpılıb aşdı - VİDEO
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
Bərdədə ağır qəzada həlak olan iki dostun FOTOsu
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu












