Məktəbin yaxınlığında qəza - 7 yaşlı oğlan öldü

Bakıda avtomobil azyaşlını vuraraq öldürüb.
Avtosfer.az xəbər verir ki, aprelin 29-da saat 23:30 radələrində 1981-ci il təvəllüdlü Dədəcanov Elsevər Gülməli oğlu özünə məxsus olan, sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Volkswagen” markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada - 2016-cı il təvəllüdlü Məmmədov İbrahim Orxan oğlunu vurub.
Azyaşlı aldığı xəsarətlərdən sonra dərhal “Sabunçu Tibb Mərkəzi”nə aparılıb, lakin göstərilən tibbi yardımlara baxmayaraq, İbrahim Məmmədov tibb müəssisəsində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO












