Məktəbli avtobusu su anbarına düşdü; 21 ölü, 15 yaralı - FOTO + VİDEO

Çində məktəbli avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 7-də Quyçjou əyalətinin cənub-qərbində qeydə alınıb. Bu barədə “Quyçjou Jibao” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hələlik məlum olmayan səbəblərdən, içərisində əksəriyyəti şagirdlərin olduğu məktəbli avtobusu, Anışun şəhəri ərazisində körpünün üzərində hərəkətdə olan zaman sürücünün idarəetməsindən çıxaraq məhəccərləri qıraraq su anbarına düşüb. Qəza nəticəsində 21 nəfər həlak olub, daha 15-i isə hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə şəhər xəstəxanasına yerləşdiriliblər.
Bildirilir ki, avtobusdakı şagirdlər bu gün keçirilən imtahandan qayıdırlarmış.
Digər təfərrüatlar barədə məlumat verilmir. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev

Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












