Məktəbli mikroavtobusu “Kamaz”ın altına girdi; xəsarət alanlar var – FOTO + VİDEO

Rusiyanın Astraxan əyalətində məktəbli mikroavtobusunun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, qəza Krasnoyarsk rayonunda qeydə alınıb.
Məlumata görə, içərisində məktəb məzunlarının və müəllimlərin olduğu mikroavtobus, sürücünün idarəetməsindən çıxaraq, eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük maşınına arxadan çırpılıb. Zərbənin şiddətindən mikroavtobusun ön hissəsi yük maşının altına girərək deformasiyaya uğrayıb.
Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edilir ki, mikroavtobusda ümumilikdə 6 nəfər olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev


Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












