Qayda pozan sürücü "Mercedes"lə elektrovozun yoluna çıxdı - qəza baş verdi - FOTO

Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Çarxı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-FR-207 olan “Mercedes” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın qarşısına çıxıb. Bu barədə Avtosfer.az-a ADY-dən bildirilib.
Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb, elektrovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib.
"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












