Mikroavtobus beton dirəyə çırpıldı: 4 nəfər xəsarət aldı - FOTO

Rusiyada mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 20-də səhər saatlarında Omsk əyalətində qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Regional üzrə İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 33 yaşlı sürücünün idarə etdiyi “QAZel” markalı mikroavtobus, hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı betondan olan işıq dirəyinə çırpılıb.
Zərbənin təsirindən “QAZel”in ön hissəsi deformasiyaya uğrayıb.
Nəticədə sürücü və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Bildirilir ki, mikroavtobus 353 saylı marşrut üzrə hərəkət edib. Qəza zamanı salonda 6 sərnişin olub.
Hazırda baş verən hadisənin səbəbləri araşdırılır.
Namiq Musayev


Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












