Mikroavtobus buzlu yolda qəzaya düşdü, 3 ağır yaralı var - FOTO

Axşam saatlarında Bakı-Qazax magistral yolun 191-ci km.-də, yolun Kürdəmir rayonundan keçən hissəsində yol qəzası qeydə alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza 1976-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Səfər oğlu Rəsulovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusun qarşı tərəfdən gələn Orxan Abduləli oğlu Məmmədlinin idarə etdiyi "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı mikroavtobusun sürücüsü və sərnişinləri - sürücünün həyat yoldaşı, Qazax rayon sakini Dilarə Rəsulova və qızı 2005-ci il təvəllüdlü Müjgan Bəxtiyar qızı Rəsulova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyətləri orta ağır olaraq qalır. Qəzadan sonra hər iki avtomaşın zərbənin gücündən yararsız hala düşüb. Hadisəyə yolun buzlu olması ilə əlaqədar mikroavtobusun "Mitsubishi"nin yoluna çıxması səbəb kimi göstərilir.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO

















