Mikroavtobus qəzaya düşdü: 4 yaralı

Bu gün Şəkinin Baş Laysqı kəndində qəza baş verib. Avtosfer.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək yoldan çıxıb. Şəhər istiqamətində hərəkət edən mikroavtobus buzlu yoldan çıxaraq qəza törədib. Nəticədə 4 sərnişin, 1972-ci il təvəllüdlü Mehman Əmiyev, 1966-ci il təvəllüdlü Mahi Oqurxanova, 1961-ci il təvəllüdlü Elmira Abdülkərimova və 2007-ci il təvəllüdlü Valentina Ramazanova xəsarət alıb. Xəstələr dərhal Baş Göynük tibb məntəqəsinə yerləşdiriliblər. Məntəqədən isə təcili yardım briqadası tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar. Hazırda xəstələrdən biri reanimasiyada, ikisi isə cərrahiyə şöbəsindədir. Bir nəfər isə ambulator müalicə aldıqdan sonra evə buraxılıb.
Qeyd edək ki, xəsarət alan hər 4 şəxs Baş Göynük kənd sakinləridir. Qəzayla bağlı Şəki DYPB tərəfindən araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












