Misirdə qatar qəzası nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Misirin Baş Prokurorluğu aprelin 18-də Qalubiyyə vilayətində sərnişin qatarının qəzaya uğraması nəticəsində 23 nəfərin həlak olduğunu bildirib.
Bu barədə Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir.
Prokurorluğun məlumatına görə, 949 nömrəli sərnişin qatarı Benha rayonu istiqamətində hərəkətdə olarkən bir neçə vaqon relsdən çıxıb. Hadisə zamanı 23 nəfər həlak olub, daha 139 nəfər xəsarət alıb.
Açıqlamada bildirilir ki, baş prokurorun məsləhətçisi qəzada təqsirkar olan 23 nəfərin həbs edilməsi barədə order verib. Onlar qanun pozuntusunda və səhlənkarlıqda müqəssir bilinirlər.
Daha əvvəl bildirilirdi ki, Qahirə şəhərindən şimalda yerləşən Qalubiyyə əyalətində sərnişin qatarı qəzaya uğrayıb. Qahirə - Mansur marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonunun relsdən çıxaraq aşması nəticəsində 100-dən çox sərnişin xəsarət alıb.
Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb. Bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır












