Misirdə sərnişin qatarı relsdən çıxıb, ölən və xəsarət alanlar var

Misirin şimalındakı Qalyub şəhərində dəmir yolu stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb, nəticədə bir nəfər ölüb, daha 16 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Al-Yaum əs-Sabia" portalı Ərəb Respublikası Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
"İlkin məlumatlara görə, bir nəfər ölüb, 16 vətəndaş yaralanıb, onlardan üçü hadisə yerində yardım alıb", - portal nazirliyin sözçüsünə istinadən yazır.
Portalın məlumatına görə, qatar Minuf şəhərindən Qahirəyə gedirmiş. Qəza nəqliyyat vasitəsi Qalyub şəhərində dəmir yolu stansiyasından keçərkən baş verib. Hadisə yerinə 20 təcili yardım maşını göndərilib, zərərçəkənlər şəhər xəstəxanasına aparılıb.
"Egypt Today" isə qəza zamanı 2 nəfərin həlak olduğunu, 16 nəfərin yaralandığını xəbər verib.
Report
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












