Nərimanovda 65 yaşlı kişini maşın vurdu, vəziyyəti ağırdır
Qəzalar
22 İyun 2020 00:37
Oxunub 2366

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, yolu keçən 1955-ci il təvəllüdlü Ələkbərov Şəmsəddin Hümbət oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













