Nəsimi rayonunda avtomobil motosikletçini vuraraq xəsarət yetirib

Qəzalar 14 Yanvar 2023 11:40
Nəsimi rayonunda avtomobil motosikletçini vuraraq xəsarət yetirib
WhatsApp kanalımıza abunə olun

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Məcidov Murad Nurəhməd oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Report

Oxunub : 1072
ŞƏRH YAZ
Ad

E-mail

Şərh