Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı - VİDEOlar (Yenilənib II)

“Pakistan International Airlines” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Bol news” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, təyyarənin düşdüyü ərazidə 5 ev və bir neçə avtomobil məhv olub.
Sind əyalətinin səlahiyyətlilərinin bildirdiyinə görə, qəza zamanı ən azı 2 nəfər sağ qalıb.
Araşdırmalar davam edir.
<><><><><><><>19:35<><><><><><><>
“Pakistan International Airlines” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 35 nəfərin həlak olduğu məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə “Doon” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, təyyarənin qəzaya düşdüyü yerdən 35 nəfərin cəsədi şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.
Həmçinin bildirilir ki, ərazidə yaşayan 25-30 arası sakin yaralı vəziyyətdə tibb məntəqələrinə aparılıb.
Sərnişin siyahısına görə, göyərtədə 51 kişi, 31 qadın, 9 yetkinlik yaşına çatmayan uşaq və 7 heyət üzvü olub.
Qeyd edək ki, bundan əvvəl “The Nation” nəşri məlumat yaymışdı ki, Lahor-Karaçi reysi ilə uçan təyyarədən azı 32 nəfər sağ çıxıb və xəstəxanaya yerləşdirilib.
<><><><><><><>14:55<><><><><><><>
“Pakistan International Airlines” aviaşirkətinə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə Karaçi şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə “GeoTV” telekanalı məlumat yayıb.
Məlumata görə, göyərtəsində 91 sərnişin və 7 heyət üzvü olan təyyarə Pəncab əyalətinin Lahor şəhərindən Karaçi aeroportuna uçurmuş.
Bildirilir ki, hava gəmisi yaşayış evlərinin üzərinə düşüb və qəzadan sonra yanğında baş verib.
Hələlik ölənlərin sayı barədə dəqiq məlumat verilmir.
Hadisə yerinə hərbçilər və xilasedicilər cəlb edilib.
Namiq Musayev
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO











