Paytaxtda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO

Qəzalar 12 Yanvar 2023 10:09
Paytaxtda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə olun

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Zabrat 1 qəsəbəsində qeydə alınıb.

Belə ki, “Nissan” və “Toyota Prius” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

apa

Paytaxtda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO Paytaxtda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO Paytaxtda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO

Oxunub : 1164
ŞƏRH YAZ
Ad

E-mail

Şərh