Pilotsuz taksi məktəbin qarşısında uşağı vurub

ABŞ-də "Waymo" şirkətinə məxsus pilotsuz taksi Kaliforniya ştatının Santa-Monika şəhərində ibtidai məktəbin yaxınlığında bir uşağı vurub. Avtosfer.az "BAKU.WS"ə istinadən xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb. Waymo-nun açıqlamasına görə, uşaq yüngül xəsarətlər alıb, onun yaşı və şəxsiyyəti açıqlanmır.
Şirkətin bildirdiyinə görə, avtomobil təxminən saatda 17 mil (təxminən 27 km/saat) sürətlə hərəkətdə olub. Lakin uşaq qəfil dayanmış avtomobilin arxasından yolun hərəkət hissəsinə qaçıb. Bundan sonra robotaksi təcili əyləcləmə edib və piyadanı təxminən saatda 6 mil (təxminən 10 km/saat) sürətlə vurub.
"Waymo" bildirir ki, toqquşmadan sonra uşaq öz-özünə ayağa qalxıb və səkiyə doğru gedib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, robotaksi isə polis icazə verənədək hadisə yerini tərk etməyib.
ABŞ-nin Milli Avtomobil Yollarında Təhlükəsizlik İdarəsinin (NHTSA) məlumatına görə, qəza məktəbdən iki kvartal aralıda, səhər saatlarında şagirdlərin məktəbə gətirildiyi vaxt baş verib. Ərazidə digər uşaqlar, yol hərəkətini tənzimləyən şəxs və iki cərgədə park edilmiş bir neçə avtomobil olub. Qurum pilotsuz avtomobilin məktəbin yaxınlığını və uşaqların mövcudluğunu nəzərə alaraq kifayət qədər təhlükəsizlik tədbirləri görüb-görmədiyini araşdırır.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - YENİLƏNİB - VİDEO
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












