“Prava”sı olmayan sürücü piyadanı vurub öldürdü

Şəki Ağır Cinayətlər Məhkəməsində Mingəçevirdə avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən Fərhad Abdulovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona bəraət verilib.
İttihama görə, hadisə 31 oktyabr 2022-ci il tarixdə, saat 20:28 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Fərhad Abdulov ayıq vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola keçmək istəyən piyada Kərəm Kərimovu (şərti) vurub. Nəticədə piyada beyindaxili qanaxmadan hadisə yerində ölüb. Daha sonra Fərhad Abdulov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Pravda.az
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












