Qaradağda piyadanı avtomobil vurub

Qəzalar 17 Yanvar 2023 11:29
Qaradağda piyadanı avtomobil vurub
WhatsApp kanalımıza abunə olun

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Məmmədov Bəylər Füzuli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Report

Oxunub : 976
ŞƏRH YAZ
Ad

E-mail

Şərh