Qaxda ağır yol qəzası, 5 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO

Qax rayonunda baş verən yol qəzasının təfərrüatları məlum olub. Hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun, rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Balakən rayon sakini 1991-ci il təvəllüdlü Tural Məmməd oğlu Eminovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Zaqatala sakini 1987-ci il təvəllüdlü Nail Təmraz oğlu Dəmirovun sükanı arxasında olduğu “VAZ-21099” markalı avtomobil toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü və onun sərnişini, Balakən rayon sakini 1971-ci il təvəllüdlü İntizar Süleyman qızı Eminova, “VAZ-21099"un sürücüsü və sərnişinləri- Balakən rayon sakinləri, 1976-cı il təvəllüdlü Xuraman Qarakişiyeva və onun qızı 1997-ci il təvəllüdlü Raisa Zeynalova xəsarət alıblar. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
16:57***
Qaxda güclü yağış yol qəzasına səbəb olub. Avtosfer.az"Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun, rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.




Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO

















