Qaxda minik avtomobilləri toqquşub, yaralılar var - YENİLƏNİB

Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib:
Qeyd olunub ki, fevralın 1-də, saat 12:45-də Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Onlardan 1994-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. 1961-ci il təvəllüdlü şəxsin isə müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir", - məlumatda deyilir.
***14:57
Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəində baş verib. İlkin məlumata görə, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza zamanı avtomobillərin birində olan Sumqayıt şəhər sakinləri olan qaynata və gəlin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.
Qəza zamanı xəsarət alan şəxslərin Zaqatalaya qonaq getdikləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - YENİLƏNİB - VİDEO
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












