Qayda pozan iki sürücüdən biri qəzaya düşdü, digəri isə görün nə dedi - VİDEO

Bakı-Sumqayıt yolunda qayda pozan sürücülərin hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 12-də, Xırdalan dairəsindən üzü Bakı şəhəri istiqamətində baş verib. Belə ki, 50-EL-963 qeydiyyat nişanlı "Opel" markalı və 99-ST-518 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobillərin sürücüləri hamıdan qabağa düşmək üçün təhlükəsizlik adacığının üzərinə çıxıblar. "Opel" markalı avtomobilin sürücüsü "TIR"ın qarşısına çıxdığı üçün qəzaya düşüb. Digər sürücü isə görüntünü qeydə alan sürücünün qarşısına çıxaraq qəza şəraiti yaradıb və "yol versəydin nə olardı" - deyərək özünə haqq qazandırmağa başlayıb.
Videodan da göründüyü kimi, tələsib qabağa düşmək istəyən sürücü qəzaya düşüb həm vaxtını itirdi, həm də pulunu. Avtomobilinə dəymiş zərəri öz vəsaiti hesabına düzəltdirəcək, üstəlik ustalara gedən zaman orada da kifayət qədər vaxt itirmiş olacaq. Bir sözlə, 5 saniyə qabağa düşmək sürücüyə baha başa gəldi. Bundan nəticə çıxarmayan "Prius" sürücüsü isə öz ampluasında olaraq yoluna davam edib.
Leyla
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












