Qazaxda avtomobil dərəyə aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən ikisinin şəxsiyyəti məlum olub.
“VAZ” markalı avtomobilin dərəyə aşması nəticəsində Çaylı kənd sakini, 1989-cu il təvəllüdlü Əzəmət Qapaqov və Fərid Bənnayev xəsarət alıblar.
Digər yaralanın şəxsiyyəti müəyyənləşdirilir.
Yaralılardan ikisinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
***14:57
Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın “Report”un Qərb Mərkəzinə istinadən məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.
Belə ki, “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb.
Onlar Qazax Müalicə-Diaqnostika Mərkəzinə aparılıblar. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Hadisənin təfərrüatları araşdırılır.
Bakıda qəza hərəkəti iflic etdi - VİDEO
Avtomobil qəzaya uğradı: ÖLƏN VAR - Bu ölkədə
Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi











