Qazaxda minik maşını at-arabası ilə toqquşub, xəsarət alanlar var
Qəzalar
21 İyul 2020 09:34
Oxunub 996

Qazaxda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətə olan “VAZ” markalı minik maşını at-arabası ilə toqquşub. Qəza zamanı 1964-cü il təvəllüdlü Mahir Kosayev və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (APA)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













