Qazilərin evini bir neçə nəfərə satan iş adamı qəzaya düşdü - VİDEO
Bir neçə gün bundan öncə Bakı-Sumqayıt yolunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı “BMW i8” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.
Avtosfer.az xəbər verir ki, qəzaya səbəb olan şəxs, ““BMW i8” avtomobilini idarə edən şəxs tanınmış iş adamı, “Progress” MTK-nin rəhbəri Emil Səməndərovdur.
Demokrat.az-ın məlumatına görə, E.Səməndərov qəza nəticəsində ciddi xəsarətlər almayıb.
Məlumat üçün bildirək ki, E.Səməndərov qazilərin evini bir neçə şəxsə satması ilə gündəmə gəlmişdi.
Belə ki, MTK rəhbəri Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, Xırdalan şəhər İcra Hakimiyyətinin yanında 5 bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan ev alan vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur - onun bir evi bir neçə nəfərə satdığı üzə çıxmışdı.
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB











