Qəbələdəki dəhşətli qəzada bir ailənin üç üzvü həlak olub - YENİLƏNİB - VİDEO

Xatırladaq ki, Qəbələ rayon Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun sükanı arxasında olduğu "VAZ-2107” markalı avtomobil toqquşub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Nəticədə "VAZ-2107"-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada keçiniblər. "VAZ-2017"də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.
Faktla bağlı araşdırma aparılır.
22:25
Xəbər verdiyimiz kimi Qəbələdə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın FHN-dən aldığı məlumata görə hadisə Qəbələ rayonunun Savalan kəndində baş verib.
Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Yusifova Vilayət Baxış qızının meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
20:51
Qəbələ yolunda dəhşətli qəza baş verib.
Avtosfer.az xəbər verir ki, hərəkətdə olan “Mercedes” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ 2107” tamamilə yararsız hala düşüb. Toqquşmanın təsirindən “Mercedes” yoldan çıxıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb. Əlverişsiz hava şəraitində nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək qəzaya səbəb olub.
Hadisə şahidinin sözlərinə görə qəza nəticəsində bir nəfər həlak olub.
Sözügedən görüntüləri təqdim edirik:
Nərminə Əli
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












