Qəzada ölən 3 şagird maşın sürməyi öyrənirmiş...

Fevralın 11-də Siyəzəndə 3-ü məktəbli olmaqla 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbin 5 şagirdi avtomobil sürməyi öyrənmək məqsədilə rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Məmmədovun avtomobilinə əyləşibmiş. N.Məmmədov “Audi” markalı avtomobillə Siyəzən şəhərindən Bakı-Quba yolunun köhnə hissəsinə doğru yüksək sürətlə hərəkət edərkən nəqliyyat vasitəsi yolun nahamar hissəsində idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, onun əmisi oğlu, 2006-cı il təvəllüdlü Abasov Nihat Babək oğlu, 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib. Həmin məktəbin şagirdi olan 2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı xəsarət alan “Audi”nin sürücüsü, 1992-ci il təvəllüdlü Nicat Məmmədov isə xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, qəzaya düşən məktəblilər və sürücü eyni məhəllədə yaşayırmışlar.
Qafqazinfo
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ
Yevlaxda maşın motosikletlə toqquşdu - Sürücü ÖLDÜ
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var










