Qəzaya düşən qohumuna köməyə gedərkən qəzaya düşüb öldü

Şəkidə qəzaya düşən qohumuna köməyə gedən şəxs qəzaya düşərək ölüb.
Avtosfer.az-ın məlumatıan görə, hadisə Şəkidə baş verib. Belə ki, rayon sakini Telman İsaqov Çələbixan qəsəbəsində “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü və sərnişini Elçin İbrahimxəlilov müxtəlif dərəcəli bədən xasərətləri alıblar.
Hadisəni eşidən T.İsaqovun qaynı Vüqar Mülayimov yeznəsinin arxasıyca getmək qərarına gəlib. 1982-ci il təvəllüdlü V.Mülayimov qəza yerinə gedərkən “Opel” markalı avtomobillə rayon ərazisində idarəetməni itirib. Maşın yolun kənarındakı ağaca dəyərək aşıb. Sürücü hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












