Qırğızıstanda ağır yol qəzası: 7 ölü, 6 yaralı - FOTO

Qırğızıstanın Cəlal-Abad əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 4-də gecə saatlarında Bişkek – Oş avtomagistralının 493-cü kilometrliyində qeydə alınıb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat yayımlanıb.
Məlumata görə, “Mercedes Vito” markalı mikroavtobus “Honda Jazz” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb. Nəticədə 7 nəfər dünyasını dəyişib, daha 6-sı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə Şamalda-Say şəhərində yerləşən xəstəxanaya çatdırılıblar.
Hazırda qəzanın baş vermə səbəbləri və ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Namiq Musayev
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















