Qubada baş verən qəzada xəsarət alanlardan biri ölüb - FOTO

Bu gün günorta saatlarında Quba-Quba-Xaçmaz yolunun 7-ci km-də, rayonun Zərdabi kəndi ərazində baş verən qəzada xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.
Avtosfer.az-ın APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, Quba rayonu, Davidoba kənd sakini, 1985-ci il təvəllüdlü Babayev Mahir Gülmirzə oğlu həkimlərin səyinə baxmayaraq Quba Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
Qəzada xəsarət alan digər iki şəxs - 1975-ci il təvəllüdlü Ramazanov Zaman Nizaməddin oğlu və 1992-ci il təvəllüdlü Rzayev Elmar Musa oğlunun müalicəsi isə tibb müəssisəsində davam etdirilir.
saat 17:14
Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunun Zərdabi qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-dən daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonunun Zərdabi qəsəbəsində "NAZ" və “ВАЗ” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "NAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
saat 15:11
Quba rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
" Vaz 2106" markalı avtomaşınla "Naz Lifan" markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər ağır bədən xəsarəti alıb. Qəzadan sonra " Vaz 2106" markalı nəqliyyat vasitəsi iki yerə bölünüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













