Toy karvanında iki avtomobil toqquşdu: 3 ölü, 2 yaralı - VİDEO - FOTO - YENİLƏNİB

Bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, hadisə nəticəsində F.Talıbov eləcə də, sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, qəza toy karvanının hərəkəti zamanı baş verib.
Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Quba-Qəçrəş avtomobil yolunda ağır yol qəzası baş verib, iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
"VAZ-2107" və “İnfinity” markalı minik avtomobillərinin toqquşması nəticəsində Rzayev İlkin Şahin oğlu və 1994-cü il təvəllüdlü Salmanov Sübhan Şəhriyar oğlu ölüb,
1999-cu il təvəllüdlü Heydərov Arif Ramil oğlu və 1995-ci il təvəllüdlü Sultanov Yaşar Vladislav oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır. (report)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















