Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində "VAZ 2106" markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.
***
Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.
Avtosfer.az-ın məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Quba-Zərdabi" marşrutu üzrə işləyən “Mercedes” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Qəzanın səbəbləri araşdırılır.
report
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ












