Ağır qəza BAŞ VERDİ: ÖLƏN VAR

Qəzalar 28 İyul 2026 09:46
Ağır qəza BAŞ VERDİ: ÖLƏN VAR
WhatsApp kanalımıza abunə olun

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə iyulun 27-də Quba–Qusar avtomobil yolunun Dağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Adil Nadir oğlu Qasımovun idarə etdiyi minik avtomobili əks istiqamətdə hərəkətdə olan, Elnur Mərdan oğlu Bağırovun idarə etdiyi yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Adil Qasımov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır.

Oxunub : 288
ŞƏRH YAZ
Ad

E-mail

Şərh