Qubadan Bakıya gələn avtobus aşdı - Yol polisindən AÇIQLAMA - VİDEO

Bakı-Quba yolunun Siyəzən rayon ərazisində keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Qubadan Bakı istiqamətində hərəkətdə olan "Hyundai" markalı 50-EA-628 markalı avtobus yolun buz bağlaması səbəbindən aşıb.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb: "Bakı-Quba yolunun 98-ci kilometrliyində "Hyundai" markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobusun sürücüsü qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb. Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır".
Emin
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA














