“Range Rover”lə 4 nəfərin ölümünə görə yüngül cəza almışdı

Dörd il əvvəl Novxanı-Sumqayıt yolunda “Range Rover”lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev məntəqə tipli cəzaçəkmə müəssisəsindən də azad olmaq istəyir.
Avtosfer.az xəbər verir ki, Kəlbəliyev artıq yerli məhkəməyə müraciət edib.
Məlumat üçün deyək ki, dörd nəfərin ölüm işində təqsirli bilinən Kəlbəliyev cəmi iki il ümumi rejimli həbsxanada qalıb. Ondan sonra həbs müddəti 5 ilə endirilib, cəzaçəkmə yeri yüngülləşdirilib. Prokuror həmin qərardan protest versə də, məhkəmə öz qərarını dəyişməyib.
Keçmiş iş adamı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyü üçün müəyyən vaxtlarda azadlıqda qala bilir. İndi isə qalan 1 il 4 aylıq cəzasını də şərti çəkmək istəyir. Böyük ehtimal, gələn həftə hakim qərarını açıqlayacaq.
Qeyd edək ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyev bu cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib. (qafqazinfo)

Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












