Bu ilin üç ayında baş verən yol qəzalarında 181 nəfər ölüb

2020-ci ilin yanvar-mart aylarında 421 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub. Onlardan 181-i ölüb, 378-i isə yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı qeydə alınıb, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,0 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,1 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 6 hadisə baş verib, nəticədə 1 nəfər dünyasını dəyişib, 8 nəfər yaralanıb. Hadisələrin 50,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Namiq Musayev
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












