Respublika yollarında dünən gecə saatlarından 10 qəza baş verib, ölənlər var

Ötən gecədən bu saatlara qədər respublika yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç ölüm faktı qeydə alınıb.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev deyib.
O bildirib ki, qarlı hava şəraiti ilə bağlı Qusar, Quba, İsmayıllı, Xızı rayonları istiqamətində avtomobil yollarında beş yol-nəqliyyat hadisəsi qeydə alınıb:
“Bu hadisələr nəticəsində müxtəlif dərəcəli xəsarətlər olsa da, ölüm faktı qeydə alınmayıb. Qeyd edək ki, gecəboyu bölgələrdə BDYPİ-nin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstəriblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) çoxsaylı texnikası gecəboyu yolun təmizlənməsində iştirak edib. Eyni zamanda İsmayıllı-Şamaxı yolu yük avtomobilləri, sərnişin avtobus və mikroavtobusları üçün təhlükəli olduğundan onlara alternativ (Qaraməryəm istiqamətində) yol üzrə istiqamət verilib.
Həmçinin sərnişin avtobus və mikroavtobusları yol patrul avtomobilləri tərəfindən müşayiət edilib. Daha sonra sürüşmə ehtimalı olan yollarda nəqliyyat vasitələrinin tək-tək hərəkətinə icazə verilməyib, kortej yaradılaraq yol patrul avtomobilinin müşayiəti təşkil olunub.
Bir daha xahiş edirik ki, qeyri-sabit hava şəraitində sürücülük vərdişləri olmayan sürücülər yollara çıxmasınlar, eyni zamanda, nəqliyyat vasitələrinin texniki vəziyyəti nasaz olan (xüsusilə əyləc sistemi), eləcə də mövsümi şinləri olmayan avtomobillərlə yollara çıxmasınlar. Nəzərə alsınlar ki, belə nəqliyyat vasitələrinin sürüşmə halları daha çoxdur və nəticədə hər hansı bir yol-nəqliyyat hadisəsinə, eləcə də sıxlığa səbəb ola bilirlər”.
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO
İkinci zolaqdan sağa dönənləri avtobuslar belə vurur - VİDEO











