Reys avtobusu aşdı: 6 sərnişin yaralandı - FOTO

Qəzalar 4 Aprel 2020 12:15
Reys avtobusu aşdı: 6 sərnişin yaralandı - FOTO
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırmalar aparılır

Rusiyanın Krasnoyarsk diyarında reys avtobusu qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident aprelin 4-də Verxnıy Biryus rayonu ərazisində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, içərisində 14 nəfərin olduğu sərnişin avtobusu, sürücünün sükan idarəetməsini itirməsi səbəbindən yoldan çıxaraq aşıb.

Nəticədə 6 sərnişin müxtəlifə dərəcəli bədən xəsarətləri alıblar. Yaralılara göstərilən ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

 

Namiq Musayev

 

Oxunub : 1248
ŞƏRH YAZ
Ad

E-mail

Şərh