Rusiyada ağır avtomobil qəzası baş verib, ölənlər var

Rusiyanın cənub-şərqində, Tıva Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend Dövlət Yol Hərəkəti Təlükəsizliyi Müfəttişliyinin regional idarəsinin məlumatına istinadən xəbər verir ki, Çadan - Ak-Dovurak maqistralının 64-cü kilometrində VAZ Priora və VAZ 2107 markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.
İlkin məlumata görə, "Prioranın" 2017 və 2018-ci illərdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə üç dəfə məsuliyyətə cəlb edilmiş 33 yaşlı şəxs idarə edib. Bundan əlavə, o, 2021-ci ildə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları VAZ 2107 markalı avtomobilin 20 yaşlı sürücüsünün əvvəllər avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyini və yol hərəkəti qaydalarını pozduğuna görə 4 dəfə məsuliyyətə cəlb edildiyini müəyyən edib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











