Rusiyada marşrut avtobusu “QAZ”a çırpıldı: 7 nəfər xəsarət alıb - FOTO

Rusiyanın Tula əyalətində marşrut avtobusunun və yük maşınının iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 10-u səhər saatlarında Tula-Şekino avtomagistralının 33-cü kilometrliyində Koçaki kəndi yaxınlığında qeydə alınıb. Bu barədə DİN-nin Region üzrə Mətbuat xidməti məlumat verib.
Məlumata görə, adı açıqlanmayan sürücü idarə etdiyi “QAZ” markalı yük maşını ilə hərəkətdə olarkən yolda qəfildən qarşısına taxta qalıqları çıxıb və tez əyləcə sıxıb. Bu arada eyni istiqamətdə, 114 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini saxlaya bilməyərək arxadan yük maşınına çırpılıb.
Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, avtobusda 8 sərnişin olub.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev




Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












