Sabirabadda velosipedçi avtomobilə çırpılaraq ağır xəsarət alıb
Qəzalar 29 Mart 2020 01:00 Oxunub 393
Sabirabadda velosipedçi avtomobilə çırpılaraq ağır xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Sabirabadda velosipedi idarə edən kişi avtomobilə çırpılıb, ağır kəllə-beyin travması alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb. Velosipedi idarə edən rayonun Qaragüney kənd sakini, 1984-cü il təvəllüdlü Nurəhmədov Vüqar Raqif oğlu kəskin enişdə yolun kənarında dayanan “Reno” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində velosipedçi ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh