Sabirabadda yol qəzasında 2 nəfər ölüb - FOTO

Sabirabadda yol qəzasında həlak olanların şəxsiyyəti müəyyən edilib.
Avtosfer.az-ın xəbərinə görə, qəzada “VAZ-2107”nin sürucüsü, 1982-ci il təvəllüdlü Abdullayev Emin Eynulla oğlu və sərnişin, 1993-cü il təvəllüdlü Rzayev Elşad Əlsafa oğlu həlak olub. Onların hər ikisi Sabirabadın Nərimankənd kəndinin sakinləridir.
Qəza zamanı “Mercedes” markalı avtomobildə olan sürücü və sərnişinlər, Saatlı rayonunun Orta Muğan kənd sakinləri, həmyaşıdlar 1999-cu il təvəllüdlü Sarıyev Nəbi Elnur oğlu, Cəfərov Rauf Famil oğlu və Muxtasanov Ramazan Eldar oğlu Sabirabad rayon xəstəxanasına yerləşdirlib. Onlardan birinci iki nəfərin vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.
***
00.13
Sabirabadda ölümlə nəticələnən qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə hadisə, Sabirabad rayonunun Nərimankənd kəndində qeydə alınıb.
"VAZ-2107" və “Mercedes” markalı avtomobillərin toqüuşması nəticəsində VAZ yanıb. Hadisə nəticəsində VAZ-ın sərnişini və sürücüsü həlak olub. Faktla bağlı araşdırma aparılır.
apa
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












