
Sabunçuda 26 yaşlı qadını avtomobil vurub
Qəzalar
4 Fevral 2023 10:40
Oxunub 984

Bakının Sabunçu rayonunda 26 yaşlı qadını avtomobil vurub.
“Report”un məlumatına görə, 1997-ci il təvəllüdlü Allahverdiyeva Züleyxa Oleq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ