Sabunçuda qadın qəzada ağır xəsarət aldı

Qəzalar 17 Aprel 2021 09:13
Sabunçuda qadın qəzada ağır xəsarət aldı
WhatsApp kanalımıza abunə olun

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Qasımova Sevda Nazim qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Oxunub : 1066
ŞƏRH YAZ
Ad

E-mail

Şərh