Şad günləri yasa döndü: 3-ü də öldü - FOTO

Bursanın şəhər mərkəzində ad gününü qeyd edən Eda Baykay, dostları Sıla Çelik və Sinan Karakuşla birlikdə olduğu avtomobil qəzaya uğrayıb.
Qəza oktyabrın 15-də gecə saat 01:00 radələrində Kestel rayonunda baş verib.
Ad gününü qeyd edən Eda Baykay dostları Sıla Çelik və Sinan Karakuşla birlikdə Adem Duranın idarə etdiyi 16 AFT 818 dövlət nömrə nişanlı avtomobillə İnegöl rayonuna getmək üçün yola düşüb. Həddindən artıq sürət səbəbindən idarəetmədən çıxan avtomobil sürüşüb.Və nəticədə avtomobil aşıb.
Xəbər verildikdən sonra bölgəyə çoxlu polis, yanğınsöndürən və tibbi yardım göndərilib.
Qurtarma çalışmaları zamanı avtomobildə sıxışan Eda Baykay, Sıla Çelik və Sinan Karakuşun həyatını itirdiyi müəyyən edilib.
Sıxışdığı yerdən xilas edilən Adem Duran isə xəstəxanada müalicə olunduqdan sonra "şüurlu səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə həbs edilib. (milli.az)
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ















