Salyanda avtomobil yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var - FOTO

Fevralın 20-si saat 00:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində iki nəqliyyat vasitəsi toqquşub.
Avtosfer.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Qoşqar Teymurzadənin idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Astara istiqmətində eyni istiqmətdə hərəkətdə olan 1976-cı il təvəllüdlü Zaur Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobilin arxa hissəsi ilə toqquşub.
Nəticədə minik avtomobilində olan sərnişin 1954-cü il təvəllüdlü Faiq Ağa aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1994-cü il təvəllüdlü Ülkər Məmmədova isə xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
08.00
Salyanın Kürsəngi kəndində baş verən yol qəzasında 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində “Mercedes”də olan Lənkəran rayon sakini, 1954-cü il təvəllüdlü Ağa Faiq Xudaverdi oğlu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı şəxsiyyətləri hələ məlum olmayan daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













